Əsaslı kitabxana

Azərbaycan Dövlət İqtisad Universitetinin Əsaslı kitabxanası 1930-cu ildən, ali məktəbin əsası qoyulduğu vaxtdan fəaliyyət göstərir. Kitabxana əsas tədris binasında yerləşir. Lakin bir neçə dəfə universitetin bağlanması, başqa ali məktəblərin tərkibinə birləşdirilməsi, tədris binalarının yerinin dəyişdirilməsi nəticəsində kitabxana fəaliyyətini fasilələrlə davam etdirmişdir. Kitabxana 1966-cı ildən formalaşmışdır.

Əsaslı kitabxana yenidən 2000-ci ildə fəliyyətini bir daha təkmilləşdirmişdir. 2008-ci ildə kitabxanada ”İrbis-64” Avtomatlaşdırılmış kitabxana informasiya sistemi fəaliyyətə başlamışdır. Kitabxanada elektron kataloq sistemi, internet resurslarına sərbəst çıxış, elektron kitablara əlyetərlik imkanları yaradılmışdır. 2018-ci ildən etibarən isə kitabxanada yeni “ALİSA” sistemi tətbiq edilməyə başlamışdır.

UNEC-də kitabxana sisteminin modernləşdirilməsi barədə Elmi Şuranın qərarına görə 15.04.2019-cu il tarixdən UNEC-in Əsaslı Kitabxanasının bazasında UNEC Kitabxana-İnformasiya Mərkəzi yaradılmışdır.

Xidmət şöbəsinin fondu Azərbaycan, rus, ingilis və türk dillərində olan ədəbiyyatlarla, dövrü mətbuatla (qəzet və jurnal) komplektləşdirilmişdir. Xidmət şöbəsinin fondu 44287 nüsxə kitab təşkil edir. Xidmət şöbəsi həftənin 5 günü saat 9.00-dan 18.00-dək işləyir və evə kitab verilişini həyata keçirir. İstirahət günləri şənbə və bazar günüdür.

“Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya” şöbəsinə daxil olan ədəbiyyat kitabxana qaydası ilə texniki və elmi cəhətdən işlənilir. Bundan sonra nəşrlər inventar kitabına salınır, mərkəzin filial kitabxanaları üzrə bölünür və göndəriş yazılır. UNEC KİM-ə  daxil olan bütün nəşrlər biblioqrafik təsvir olunaraq elektron kataloqda ALİSA proqramında öz əksini tapır və kitablar RFİD çipləri ilə çiplənir.

Kitabxanada aşağıdakı şöbələr fəaliyyət göstərir:

Xidmət şöbəsi
Komplektləşdirmə və kataloq şöbəsi
Bıblioqrafiya şöbəsi
Oxu zalı

اتصال

Qaratel Hacımahmudova