Poliklinika

Page Image

Poliklinikanın əsas vəzifələri xəstəliklərin erkən diaqnostikası və profilaktikası, hər il tələbələrin dispanserizasiyasının aparılması, 
sağlam həyat tərzinin təbliğatı təşkil edir.

Hazırda ölkəmizdə tələbələrin sağlamlığının qorunması və möhkəmləndirilməsi böyük tibbi-sosial və ictimai əhəmiyyət kəsb edir.

Bütün ATM-də (Ali Tədris Müəssisələri), o cümlədən UNEC-də tələbə poliklinikası fəaliyyət göstərirlər. Poliklinikanın əsas vəzifələrindən birini xəstəliklərin erkən diaqnostikası və profilaktikası, sağlam həyat tərzinin təbliğatı təşkil edir.

Son illər ərzində tələbələrdə bir sıra xəsəliklər – yaxındangörmə, duruşun pozulması, skolioz, osteoxondroz, neyro-damar distoniyası, asteno-nevrotik pozğunluqlar, mübadilə pozğunluqları kimi patoloji halların və xəstəliklərin artmasına gətirib çıxarıb.Buna səbəb baxışın gərginləşməsi (o cümlədən, ümumi kompyuterləşmə, mobil telefonlar və s. bağlı), azhərəkətli statik gərginlik, qidalanmanın az, qeyri-müntəzəm və balanslaşdırılmamış olması, yuxu və istirahət rejiminin pozulmasıdır.

Poliklinikanın ən vacib vəzifəsi hər il tələbələrin dispanserizasiyasının aparılmasıdır. Dispanserizasiyanın əsas məqsədi əlilliyə, vaxtından əvvəl ölümə gətirib çıxaran qeyri-infeksion xəstəliklərin aşkar edilməsidir.

Profilaktik tədbirlər, xəstəliklərin erkən aşkarlanması, vaxtında və düzgün diaqnostika xroniki qeyri-infeksion xəstəliklərin əmələgəlmə səbəblərini, artıq belə xəstəliklərdən əziyyət çəkən şəxslərdə isə xəstəliyin gedişatının ağırlıq dərəcəsini və ağırlaşmalarının yaranma tezliyini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan yaradır.

Xəstəlik aşkar edilən zaman poliklinika həkimi xəstəyə yardım göstərir və ya lazımi imkan, zəruri avadanlıq və mütəxəssis olmadığı təqdirdə, xəstəni müalicə üçün uyğun profilli tibb müəssisəsinə göndərir. Poliklinika həkimi xəstənin sonrakı müalicəsinə nəzarət edir və bütün məlumatları ambulator karta daxil edir.

Poliklinikaya hər gün universitetin müəllim və işçi heyəti tibbi yardım üçün poliklinikalara müraciət edir və onlara uyğun yardım göstərilir. Hazırda Elektron Səhiyyə proqramı işlənilir və həyata keçirilir. Poliklinika kompyuterlərlə təchiz olunur. Bu, kompyuter və elektron texnologiyalarının aktiv istifadəsinə şərait yaradır. Məsələn, tələbələrin elektron kartlarının təşkili; online həkim məsləhətləri və həkim qəbuluna yazılma; korpuslar arasında əlaqə; təhkim olunmuş kontingentin elektron bazasının yaradılması və s.

Poliklinikaya müraciət edən əməkdaşlarının əsas hissəsini ürək-damar və əsəb sisteminin xəstəlikləri təşkil edir. Tez-tez həm tələbələr, həm də əməkdaşlara tibbi yardım edilir. İxtisaslaşdırılmış tibb müəssisələrinə göndərilənə qədər, xəstələrə ilk zəruri yardımın göstərilməsi üçün tələbə poliklinikalarına ayrılan dərmanların siyahısının genişləndirilib, buna şokəleyhinə, qıcolmaəleyhinə və ağrıkəsici preparatlar daxil edilir.

2015-ci ilin iyulundan 3 saylı Tələbə Poliklinikasına baş həkim Aybəniz Hacıyeva rəhbərlik edir.