24/7 kitabxana

KİM 24/7 Kitabxanasının üstünlükləri:
- Üçmərtəbəli oxucuların rahatlığı tam təmin edilmiş, 104 oxucu yeri olan ən müasir akademik kitabxana;
- Ödənişsiz sürətli internet;
- Kitabların ödənişsiz sürətli skaneri;
- Gecə oxucuları üçün ödənişsiz qidalar;
- Maraqlı yerli və beynəlxalq layihələr, kitab təqdimatları, sərgilər, aktual müzakirələr.
Məşhur elektron bazalara abunə olan və 1 milyondan çox elektron resursa çıxış imkanı yaradan, çoxsaylı kitablarla zəngin elektron kitabxanadan və elektron xidmətlərdən yararlanmaq istəyənlər üçün 24 istifadəçi kompüteri olan Zal 1.
Azərbaycan, türk, ingilis və rus dillərində profil üzrə dünyanın aparıcı nəşriyyatlarının kitabları, ixtisaslaşmış geniş fonda malik, açıq rəf üsulu tətbiq edilən, oxucuların kitab axtarışını olduqca asanlaşdıran elektron kataloq Zal 2 və Zal 3.