Xarici dillər departamenti

“Xarici dillərin tədrisi mərkəzi” UNEC-də xarici dil fənnini dörd bacarıq (oxu yazı,dinləmə və danışıq) üzrə təşkil edir.

Xarici dillərin tədrisi mərkəzinə (əvvəlki Xarici dillər kafedrası) müxtəlif vaxtlarda baş müəllim S.A.Misirxanova (1966-1976), dos. N.Ə.Ələkbərova (1976-1986), fil.e.n., dos. F.Mustafayeva-Əlimirzəyeva (1987-2001), prof. A.Abbasova (2001-2023) başçılıq etmişlər.

“Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi” UNEC-də tələbələrin imtahan zamanı 4 bacarıq üzrə qiymətləndirməsini həyata keçirir.

UNEC Dil Mərkəzi” (ULC) UNEC-də  müxtəlif dillər üzrə hazırlıq kursları təşkil edir. UNEC Language Centre 7 oktyabr 2022-ci il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetinin daxilində fəaliyyətə başlamışdır. Dərslərimiz 4 dil bacarığının (yazı, oxu, dinləmə və şifahi nitq) inkişafına yönəlib. Tədris IELTS nəticəsi 8.5 və 8.0 olan CELTA, TEFL, həmçinin British Council tərəfindən verilmiş beynəlxalq Aptis C sertifikatlı müəllimlər tərəfindən aparılır.

ULC British Council-ın IELTS imtahanı üzrə rəsmi tərəfdaşıdır.

“Tərcümə Mərkəzi” 2016-cı ildə yaradılan Tərcümə Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetində tədris işinin daha da təkmilləşdirilməsi, tədrisin yeni, müasir dövrün tələblərinə cavab verəcək iqtisadi ədəbiyyatlarla təmin edilməsi, universitetdə elm, təhsil, mədəniyyət və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi, bu sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsini təmin edən təsisatdır.

Aysel Xəlilova

Другие факультеты