İdman klubları:
Futbol, Basketbol, Voleybol, Şahmat, Tennis
Azərbaycanda idmana dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğı İqtisad Universitetinin idman həyatına da əhəmiyyətli təsir göstərmişdir. Belə ki, UNEC-də tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər h...
Quba rayonunda ən müasir avadanlıqlarla, üzgüçülük hovuzu və idman zalları ilə təmin edilmiş 1500 tamaşaçı yeri olan İdman-sağlamlıq kompleksi inşa edilmişdir. Universitetin tələbələri voleybol, şahmat, futbol, basketbol, həndbol, yüngül atletika, stolüstü tenni...
Universitetdə idmana olan diqqət və qayğının nəticəsi özünü ali təhsil ocağının idman sahəsində ilbəil artmaqda olan uğurlarında büruzə verir. Belə ki, UNEC-in mini-futbol üzrə komandası respublika universiadalarının qalibi, eləcə də Milli Qəhrəman Mübariz İbrahimov adına keçirilən turnirin ilk qalibi olmuşdur. Universitetin tələbələri və məzunları arasında dünya və Avropa çempionları, beynəlxalq idman ictimaiyyəti tərəfindən tanınmış idmançılarımız da çoxdur.
UNEC-in tələbələri bir sıra Beynəlxalq yarışların qalibi olmuşlar: Şəhriyar Məmmədyarov 2010-cu ildə Moskvada keçirilən “Tal Memorial”ının, Eltac Səfərli Sankt-Peterburqda keçirilən “Çiqorin Memorial 2010” turnirinin, Fidan Ağasıyeva Turkiyədə keçirilən Türkdilli ölkələrin ali məktəbləri arasında Şahmat Olimpiadasının qalibi olmuşlar.