Qida Sənayesi Kolleci

Sevinc Həmzəyeva

Sevinc Həmzəyeva

Direktor

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kolleci Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyinin 30 avqust 1955-ci il tarixli əmri ilə Bakı Yeyinti Sənayesi Texnikumu kimi yaradılmışdır. Yarandığı dövrdən bu günə kimi respublikanın istehsalat və xidmət sahələrini qida sənayesi üzrə orta ixtisaslı mütəxəsislərlə təmin edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli 112 saylı qərarı ilə Bakı Yeyinti Sənayesi Texnikumu Bakı Qida Sənayesi Kolleci adlandırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmişdir.

 

Şöbələr 

  • Qida texnologiyası-1
  • Qida texnologiyası-2
  • Qida ekspertizası
  • Mehmanxana və turizm
  • Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsi
  • İstehsalat təcrübə rəhbəri

 

Kollecdə aşağıdakı fənn birləmə komissiyaları fəaliyyət göstərir: 

  • Humanitar
  • Dillər və ədəbiyyat
  • Kimya, biologiya, ekologiya və sanitar-gigiyena
  • Ümumtəhsil və ümumtexniki
  • Ümumi iqtisadiyyat və idarəetmə
  • İstehlak mallarının ekspertizası
  • Qida texnologiyası

 

İxtisaslar

  • Turizm işinin təşkili
  • Marketinq (sahələr üzrə)
  • İaşə müəssisələrinin servisi
  • Qida məhsullarının təhlükəsizliyi
  • Ətraf mühitin mühafizəsi və bərpası
  • Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
  • İstehlak mallarının ekspertizası
  • Ət və ət məhsullarının texnologiyası
  • Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası
  • Konservləşdirmə və qida konsentratları texnologiyası
  • Çörək və unlu qənnadı məmulatlarının texnologiyası
  • Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət

 

Ünvan: 

Əsas korpus – Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, 73

Keşlə korpusu – Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi D.Aslan küçəsi, 5A

Kollecin əməkdaşları

Sevinc Həmzəyeva

联系方式

Ünvan: Bakı şəhəri, R.Teymurov küçəsi, 73

电话

(+994 12) 323-84-44

电子邮件

[email protected]

Digər Kolleclər