Tədris olunan ixtisaslar üzrə təhsil haqları və keçid balları
UNEC-in Zaqatala filialında 9 ixtisas üzrə tədris prosesinin təşkili Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi “Bakalavriat Səviyyəsinin İxtisas üzrə Təhsil Proqramı”na uyğun hazırlanmış və UNEC Elmi Şurası tərəfindən təsdiq edilmiş Tədris Planları əsasında həyata keçirilir. Filialda əyani təhsil formasında aşağıdakı ixtisaslar üzrə ali təhsilli peşəkar iqtisadçı mütəxəssislərın hazırlanması həyata keçirilir.
Filialda əyani və qiyabi təhsilalma forması üzrə 1492 tələbə təhsil alır.
İqtisadiyyat – 1400 AZN; 200 keçid bal
Maliyyə – 1450 AZN; 200 keçid bal
Menecment – 1400 AZN; 200 keçid bal
Marketinq – 1400 AZN; 150 keçid bal
Biznesin idarə edilməsi – 1400 AZN; 150 keçid bal
Mühasibat – 1400 AZN; 200 keçid bal
Turizm işinin təşkili – 1400 AZN; 150 keçid bal
İnformasiya texnologiyaları – 1400 AZN; 250 keçid bal
Dövlət və bələdiyyə idarəetməsi – 1400 AZN; 200 keçid bal