Biznes və logistika

Məhəmməd  Əliyev

Məhəmməd Əliyev

Kafedra müdiri

Kafedranın tarixi

UNEC-in Elmi Şurasının 16 sentyabr 2022-ci il tarixli iclasının qərarına əsasən ,,Biznesin idarə edilməsi” kafedrasının adı dəyişdirilələrk “Biznes və logistika” kafedrası adlandırılmışdır.

UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Ticarət və gömrük işinin təşkili” və “Menecment” kafedraları ləğv edilsin və “Biznesin idarə edilməsi” kafedrasına birləşdirilmişdir. 

2011-ci ilin noyabr ayından etibarən  kafedra “Biznesin idarə edilməsi” adı altında fəaliyyət göstərib.

11 noyabr 2011-ci il tarixindən etibarən “Biznesin idarə edilməsi”  kafedrasının  müdiri vəzifəsinə iqtisad üzrə fəlsəfə doktoru, dosent, AR-nın əməkdar müəllimi Məhəmməd Ələkbər oğlu Əliyev seçilmişdir. Hazırda kafedra “Biznes və logistika” adlanır.

Universitetdə Tədris prosesinin təşkilinin təkmilləşdirilməsi ilə əlaqədar UNEC-in Elmi Şurasının 29.06.2018-ci il tarixli iclasının qərarının icrasını təmin etmək məqsədilə “Marketinq” kafedrası 10.07.2018-ci il tarixdən ləğv edilmişdir. Ləğv edilmiş “Marketinq” kafedrasının əməkdaşları “Biznesin idarə edilməsi” kafedrasının ştat cədvəlinə daxil edilmişdir.


Kafedranın hədəfləri. Kafedranın hədəflərinə, hər iki ixtisas üzrə praktiki, idarəetmə, ünsiyyət bacarıqları və qərar qəbuletmə bacarıqlarını aşılamaqla yanaşı yüksək idarəetmə qabliyyətinə malik biznesmenlər, həmçinin əsasən rəqiblər, vasitəçilər əlaqə­lən­diricilər, KİV və dövlət sek­to­runda məhsul, xidmət, paylama, reklam və qiy­mət­­ləndirmə üzrə tələbin təmin edil­məsi yollarını göstərirən  mar­ketoloqların hazırlanması daxildir. 


Kafedranın əsas məqsədi qloballaşmanın yalnız yerli çərçivədə deyil, həm də beynəlxalq ölçüdə nəzərə alınması yolu ilə getdikcə rəqabət mühitinə uyğunlaşa biləcək tələbələrə təhsil verməkdir.

“Biznesin idarə edilməsi” kafedrasında təhsil alan tələbələrə təhsil prosesində iş həyatına hazırlıqla bağlı master klas, seminar, görüşlər kimi bir sıra tədbirlər həyata keçirilir. Bunlardan ən əhəmiyyətlisi istehsalat təcrübələridir. Təcrübələr bir qayda olaraq, ölkənin aparıcı müəssisələrində həyata keçirilir.

Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində kafedrada bir çox tədbirlər həyata keçirilir: professor-müəllim heyətinin açıq dərsləri təşkil edilir, gənc müəllimlərin təcrübə toplaması üçün onların kafedranın təcrübəli, qabaqcıl müəllimlərinin dərslərində iştirak etmələrinə şərait yaradılır. Bundan başqa kafedra əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq mübadilə proqramlarında və xarici universitetlərin müəllimləri ilə təşkil edilən təlimlərdə iştirak edərək daim öz potensialların artıraraq müxtəlif nüfuzlu universetlərin tətbiq etdiyi tədris metodlarını tələbələrimizə aşılayırlar.


Kafedranın əməkdaşlığı:

  • AMEA ilə elmi əməkdaşlıq

Kafedranın bəzi əməkdaşları AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında namizədlik dissertasiyasını müdafiə etmiş, orada fəaliyyət göstərən “AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Əsərlər” toplusunda məqalələrini çap etdirirlər.

Kafedranın nazirliklər, təşkilatlar və biznes strukturları ilə sıx qarşılıqlı əlaqələri vardır. Belə ki, kafedra Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazırliyinin Bakı Biznes Tədris Mərkəzi ilə sıx əməkdaşlıq edir.

Eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının dövri mətbu orqanı olan “Biznes Həyatı” jurnalının gələcəkdə təkmilləşdirilməsi üçün  xüsusi təkliflərlə çıxış etmişdir.


Xarici ölkələrlə elmi əməkdaşlıq

 “Biznesin idarə edilməsi” kafedrası Türkiyə Cumhuriyyətinin Ankara Hacıtəpə Universitetinin “İqtisad və idarəetmə” fakültəsi ilə əməkdaşlıq edir.

  • Dövlət Proqramları və AR Prezidentinin sərəncamları ilə təsdiq edilmiş digər sənədlərin icrası:

Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq kafedra:

  • Biznes planın hazırlanması və reallaşdırılması ilə bağlı sahibkarlara treninqlər keçmiş;
  • Sahibkarlara kömək üçün “Stolüstü kitab”ını və “Risklərin sığortalanması” metodiki göstərişini hazırlayaraq elektron formada AR Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasına təhvil vermişdir.

Kafedranın əməkdaşları təhsildə göstərdikləri fəaliyyətlərinə görə mütəmadi olaraq AR Prezidenti,  AR Təhsil Naziriyi, UNEC-ın rektoru və müxtəlif hökümət və qeyri hökümət təşkilatları tərəfindən mükafatlandırırlar.

  • Elmi tədbirlər

Türkiyənin İstanbul Universiteti, Sakarya Universiteti, Hacettepe Universiteti, Mərmərə Universiteti ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında TEC konfranslarının kecirilməsində, elmi məqalə və tezislərin nəşr edilməsində əməkdaşlıq edilir.

  •  Elmi-tədqiqat

Kafedranın elmi istiqamətini Azərbaycanda biznes fəaliyyətinin təşkili və idarə edilməsinin aktual problemlərinin tədqiqi təşkil edir. 2020-ci ildə kafedranın professor-müəllim heyəti tərəfindən “Dövlət – xüsusi biznes institutunun formalaşması və inkişaf problemləri” mövzularında büdcə təyinatlı elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Elmi-tədqiqat işlərində əldə olunan nəticələr, təklif və tövsiyələr “AMV Consulting” şirkətində istifadə olunmaq üçün göndərilmişdir.

Eyni zamanda kafedra əməkdaşları yerli və xarici  nəşrlərdə, o cümlədən impakt faktorlu jurnallarda, Beynəlxalq konfranslarda  mütəmadi olaraq elmi əsərlərlə çıxışlar edirlər. Kafedra əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə yazılmış büdcə təyinatlı işlərinin nəticələri mühüm əhəmiyyət kəsb edir.

Kafedranın əməkdaşları tərəfindən son illər 250-dan çox elmi məqalə müxtəlif jurnallarda, o cümlədən 40 məqalə xarici ölkələrin nüfuzlu jurnallarında nəşr edilmişdir.

  •  İstehsalat Təcrübəsi

Kafedrada istehsalat təcrübəsinə rəhbərlik etmək üçün  sahə üzrə təcrübəli müəllimlər seçilir. İstehsalat təcrübəsi keçən tələbələrlə geniş izahat işi aparılır, istehsalat təcrübəsində səmərəli istifadə etmək yolları müəyyən olunur. Bundan başqa vaxtaşırı istehsalat təcrübəsi obyektlərində olan müəllimlər gündəlik öyrənilən təcrübə ilə bağlı sənədin (gündəliyin) tərtib olunmasında, hesabatların yazılmasında, sənədlərdən istifadə qaydalarını tələbələrə dərindən öyrədilməsində bilavasitə iştirak edirlər. Təcrübə rəhbərləri xüsusi qrafik üzrə işləyir və kafedrada həmin qrafikə riayət edilməsinə ciddi nəzarət aparılır. Bütün tələbələr istehsalat təcrübələrinin keçirilməsinə dair Əsasnamə ilə tanış edilirlər.

  •  İş həyatına  hazırlıq

“Biznesin idarə edilməsi” və “Marketinq ”ixtisaslarında təhsil alan tələbələr ixtisaslarına uyğun müəssisə və şirkətlərdə istehsalat təcrübəsi keçir və gələcək karyeraları üçün bilik və bacarıqlarını artırırlar. Karyera planlaması zamanı “Karyera nədir”, “Peşə və maraq nədir?”, “Bacarıq anlayışı nədir?” və “Karyera quruculuğuna nə zaman başlamalı?” kimi məsələləri dərindən öyrənirlər.  

Professor-müəllim heyəti:

Mirağa Əhmədov

Məhəmməd Əliyev

Rəşad Muradov

İntizar Məmmədova İbrahim qızı

Pərviz Rüstəmov Hacı oğlu

Afaq Aslanova Fərhad qızı

Alıcan Abbasov Bayraməli oğlu

Ayaz Tağıyev Rəhim oğlu

Aygün Şükürova Səfər qızı

Aygün Ələsgərova Ağasəlim qızı

Aygün Abdullayeva Valeh qızı

Ayibə Təhməzova Əyyub qızı

Aynur Zeynalova Teymur

Aytac Hacıyeva Müzəffər qızı

Aytəkin Məmmədova Oktay qızı

Azər Ağarzayev Hüseyn oğlu

Dilfarə Məmmədova Fərrux oğlu

Elbrus Əkbərov

Əlislam Qasımov İsrail oğl

Gülarə İsmayılova Köçəri qızı

Gülnarə Əzizova Əsabəli qızı

Gülnarə Abdullayeva Akif qızı

Hicran Muradova Rafiq qızı

İradə Vəliyeva Hatəm qızı

İradə Nəbiyeva Mirislam qızı

İsmayıl Xeyirxəbərov Mahmud oğlu

İsmayıl İsmayılov Elman oğlu

Lamiyə Hüseynova Mavəddin qızı

Məhərrəm Əkbərov Qənbər oğlu

Məmməd Talıblı Səfər oğlu

Məmməd Məmmədov Hümbət oğlu

Mətanət Dadaşova İdris qızı

Müşfiq Quliyev Yelmar oğlu

Müslümə Aslanova Maqsud qızı

Nərmin Quliyeva Tofiq qızı

Nərminə Balabəyova Şıxaməddin qızı

Nigar Hüseynova

Niyazi Həsənov Əlikram oğlu

Pikəxanım Xudiyeva Tahir qızı

Rəşad Muradov Şahbaz oğlu

Samirə Rüstəmova Rasim qızı

Sevil Musayeva Nizami qızı

Sevinc Novruzova Əzim qızı

Şəfa Quliyeva Tofiq qızı

Səkinə Hüseynova Yaqub qızı

Simuzər Məmmədova Sultan qızı

Süsən Fərzəliyeva Vaqif qızı

Ülviyyə Cəfərova Yusif qızı

Validə Səfərova Topu qızı

Vəfa Mahmudova Oruc qızı

Vüqar Nəsibov Nizami oğlu

Zakir Mirzəyev İlyas oğlu

Zibeydə Şəkərəliyeva Arif qızı

Zülfiyyə Sadıqova Əkbər qızı

المواد التي يتم تدريسها في الأقسام

Rəqəmsal marketinq
Biznesin əsasları
Beynəlxalq biznes
Biznesin etikası
Reklam işi
Biznesin təhlükəsizliyi
Biznes strategiyası
Marketinq

اتصال

Bakı, H.Əliyev küçəsi, 135

هاتف

+(994) 12 440-33-67, 441-65-21

البريد الإلكتروني

[email protected]

أقسام أخرى