Kafedra müdiri
Kafedranın tarixi
UNEC-in Elmi Şurasının 16 sentyabr 2022-ci il tarixli iclasının qərarına əsasən ,,Biznesin idarə edilməsi” kafedrasının adı dəyişdirilələrk “Biznes və logistika” kafedrası adlandırılmışdır.
UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Ticarət və gömrük işinin təşkili” və “Menecment” kafedraları ləğv edilsin və “Biznesin idarə edilməsi” kafedrasına birləşdirilmişdir.
2011-ci ilin noyabr ayından etibarən kafedra “Biznesin idarə edilməsi” adı altında fəaliyyət göstərib.
11 noyabr 2011-ci il tarixindən etibarən “Biznesin idarə edilməsi” kafedrasının müdiri vəzifəsinə iqtisad üzrə fəlsəfə doktoru, dosent, AR-nın əməkdar müəllimi Məhəmməd Ələkbər oğlu Əliyev seçilmişdir. Hazırda kafedra “Biznes və logistika” adlanır.
Universitetdə Tədris prosesinin təşkilinin təkmilləşdirilməsi ilə əlaqədar UNEC-in Elmi Şurasının 29.06.2018-ci il tarixli iclasının qərarının icrasını təmin etmək məqsədilə “Marketinq” kafedrası 10.07.2018-ci il tarixdən ləğv edilmişdir. Ləğv edilmiş “Marketinq” kafedrasının əməkdaşları “Biznesin idarə edilməsi” kafedrasının ştat cədvəlinə daxil edilmişdir.
Kafedranın hədəfləri. Kafedranın hədəflərinə, hər iki ixtisas üzrə praktiki, idarəetmə, ünsiyyət bacarıqları və qərar qəbuletmə bacarıqlarını aşılamaqla yanaşı yüksək idarəetmə qabliyyətinə malik biznesmenlər, həmçinin əsasən rəqiblər, vasitəçilər əlaqələndiricilər, KİV və dövlət sektorunda məhsul, xidmət, paylama, reklam və qiymətləndirmə üzrə tələbin təmin edilməsi yollarını göstərirən marketoloqların hazırlanması daxildir.
Kafedranın əsas məqsədi qloballaşmanın yalnız yerli çərçivədə deyil, həm də beynəlxalq ölçüdə nəzərə alınması yolu ilə getdikcə rəqabət mühitinə uyğunlaşa biləcək tələbələrə təhsil verməkdir.
“Biznesin idarə edilməsi” kafedrasında təhsil alan tələbələrə təhsil prosesində iş həyatına hazırlıqla bağlı master klas, seminar, görüşlər kimi bir sıra tədbirlər həyata keçirilir. Bunlardan ən əhəmiyyətlisi istehsalat təcrübələridir. Təcrübələr bir qayda olaraq, ölkənin aparıcı müəssisələrində həyata keçirilir.
Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində kafedrada bir çox tədbirlər həyata keçirilir: professor-müəllim heyətinin açıq dərsləri təşkil edilir, gənc müəllimlərin təcrübə toplaması üçün onların kafedranın təcrübəli, qabaqcıl müəllimlərinin dərslərində iştirak etmələrinə şərait yaradılır. Bundan başqa kafedra əməkdaşları tutduğu vəzifədən asılı olmayaraq mübadilə proqramlarında və xarici universitetlərin müəllimləri ilə təşkil edilən təlimlərdə iştirak edərək daim öz potensialların artıraraq müxtəlif nüfuzlu universetlərin tətbiq etdiyi tədris metodlarını tələbələrimizə aşılayırlar.
Kafedranın əməkdaşlığı:
Kafedranın bəzi əməkdaşları AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında namizədlik dissertasiyasını müdafiə etmiş, orada fəaliyyət göstərən “AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Əsərlər” toplusunda məqalələrini çap etdirirlər.
Kafedranın nazirliklər, təşkilatlar və biznes strukturları ilə sıx qarşılıqlı əlaqələri vardır. Belə ki, kafedra Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazırliyinin Bakı Biznes Tədris Mərkəzi ilə sıx əməkdaşlıq edir.
Eyni zamanda Azərbaycan Sahibkarlar Konfederasiyasının dövri mətbu orqanı olan “Biznes Həyatı” jurnalının gələcəkdə təkmilləşdirilməsi üçün xüsusi təkliflərlə çıxış etmişdir.
Xarici ölkələrlə elmi əməkdaşlıq
“Biznesin idarə edilməsi” kafedrası Türkiyə Cumhuriyyətinin Ankara Hacıtəpə Universitetinin “İqtisad və idarəetmə” fakültəsi ilə əməkdaşlıq edir.
Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq kafedra:
Kafedranın əməkdaşları təhsildə göstərdikləri fəaliyyətlərinə görə mütəmadi olaraq AR Prezidenti, AR Təhsil Naziriyi, UNEC-ın rektoru və müxtəlif hökümət və qeyri hökümət təşkilatları tərəfindən mükafatlandırırlar.
Türkiyənin İstanbul Universiteti, Sakarya Universiteti, Hacettepe Universiteti, Mərmərə Universiteti ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında TEC konfranslarının kecirilməsində, elmi məqalə və tezislərin nəşr edilməsində əməkdaşlıq edilir.
Kafedranın elmi istiqamətini Azərbaycanda biznes fəaliyyətinin təşkili və idarə edilməsinin aktual problemlərinin tədqiqi təşkil edir. 2020-ci ildə kafedranın professor-müəllim heyəti tərəfindən “Dövlət – xüsusi biznes institutunun formalaşması və inkişaf problemləri” mövzularında büdcə təyinatlı elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Elmi-tədqiqat işlərində əldə olunan nəticələr, təklif və tövsiyələr “AMV Consulting” şirkətində istifadə olunmaq üçün göndərilmişdir.
Eyni zamanda kafedra əməkdaşları yerli və xarici nəşrlərdə, o cümlədən impakt faktorlu jurnallarda, Beynəlxalq konfranslarda mütəmadi olaraq elmi əsərlərlə çıxışlar edirlər. Kafedra əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə yazılmış büdcə təyinatlı işlərinin nəticələri mühüm əhəmiyyət kəsb edir.
Kafedranın əməkdaşları tərəfindən son illər 250-dan çox elmi məqalə müxtəlif jurnallarda, o cümlədən 40 məqalə xarici ölkələrin nüfuzlu jurnallarında nəşr edilmişdir.
Kafedrada istehsalat təcrübəsinə rəhbərlik etmək üçün sahə üzrə təcrübəli müəllimlər seçilir. İstehsalat təcrübəsi keçən tələbələrlə geniş izahat işi aparılır, istehsalat təcrübəsində səmərəli istifadə etmək yolları müəyyən olunur. Bundan başqa vaxtaşırı istehsalat təcrübəsi obyektlərində olan müəllimlər gündəlik öyrənilən təcrübə ilə bağlı sənədin (gündəliyin) tərtib olunmasında, hesabatların yazılmasında, sənədlərdən istifadə qaydalarını tələbələrə dərindən öyrədilməsində bilavasitə iştirak edirlər. Təcrübə rəhbərləri xüsusi qrafik üzrə işləyir və kafedrada həmin qrafikə riayət edilməsinə ciddi nəzarət aparılır. Bütün tələbələr istehsalat təcrübələrinin keçirilməsinə dair Əsasnamə ilə tanış edilirlər.
“Biznesin idarə edilməsi” və “Marketinq ”ixtisaslarında təhsil alan tələbələr ixtisaslarına uyğun müəssisə və şirkətlərdə istehsalat təcrübəsi keçir və gələcək karyeraları üçün bilik və bacarıqlarını artırırlar. Karyera planlaması zamanı “Karyera nədir”, “Peşə və maraq nədir?”, “Bacarıq anlayışı nədir?” və “Karyera quruculuğuna nə zaman başlamalı?” kimi məsələləri dərindən öyrənirlər.