
Vəkil Həsənov
Tarix elmləri doktoru, Professor, “Humanitar fənlər” kafedrasının müdiri
Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-40-07
Həsənov Vəkil Səfiyar oğlu 1957-ci ildə anadan olub.
1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Ali məktəbi bitirdikdən sonra 1981-ci ildə təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda işə başlayıb.
1981-1988-ci illərdə həmin institutda baş laborant, 1988-1989-cu illərdə isə kiçik elmi işçi vəzifələrində çalışıb.
1988-ci ildə tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib.
1989-1990-cı illərdə Azərbaycan Politexnik İnstitutunda müəllim işləyib.
1990-cı ilin oktyabrından Azərbaycan Dövlət İqtisad Universitetində işləyir.
1990-1992-ci illərdə Universitetin “Azərbaycan tarixi” kafedrasında müəllim işləyib.
1992-1994-ci illərdə baş müəllim vəzifələrdə çalışıb.
1994-2012-ci illərdə həmin kafedrada dosent vəzifəsini tutub.
2008-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2012-ci ilin fevralından “Azərbaycan tarixi” kafedrasının professoru vəzifəsində çalışıb.
2017-ci ilin mayından UNEC-in “Humanitar fənlər” kafedrasının müdiridir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında “Tarix və Siyasi elmlər” bölməsinin ekspert şurasının üzvüdür. Respublika Həmkarlar İttifaqlarının işində yaxından iştirakına görə 2011-ci ildə “Həmkarlar İttifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Ailəlidir, üç övladı var.