Subjects Taught in Departments
Korporativ maliyyə
Maliyyə bazarları
Davranış maliyyəsi
Maliyyə risklərinin idarəedilməsi
Dövlət maliyyəsi
Vergitutma
Maliyyə menecmenti
Bank işi
Opsiyonlar və fyuçerslər
Budcə sistemi
Sığorta
Büdcə və xəzinə uçotu
Maliyyə uçotu
İdarəetmə uçotu
Audit
Maliyyə təhlili
İdarəetmə təhlili
Vergi auditi
Maliyyə hesabatı
Xarici iqtisadi fəaliyyətin uçotu
Risk və nəzarət
Xərclərin idarə olunması
Professor-müəllim heyəti tərəfindən Mühasibat ixtisası üzrə hazırlanan tədris-metodik vəsaitlərin böyuk əhəmiyyəti vardir. 2010-cu ildə hazırladığı və beynəlxalq qriflə dərc olunan «Beynəlxalq və milli uçot terminlərinin izahlı lüğəti» adlı kitabı, “Maliyyə hesabatı” dərsliyi (2018), «Mühasibat uçotunun nəzəriyyəsi» adlı dərsliyi (2009-cu il), «Mühasibat uçotu və audit» adlı dərsliyi (2008-ci il), “Audit” dərsliyi, “Audit” dərsliyi (2019), “İdarəetmə təhlili” dərsliyi (2018), “Maliyyə hesabatının beynəlxalq standartları” fənninin tədris proqramı adlı tədris-metodiki vəsaiti xüsusilə qeyd edilməlidir.Kafedra əməkdaşları tərəfindən son illərdə hazırlanılan monoqrafiyalar aşağıdakılardır: Maliyyə hesabatı: formalaşması və təkmilləşdirilməsi problemləri, 2003-cü il, 16,0 ç.v.; Beynəlxalq və Milli uçot terminlərinin izahlı lüğəti, 2010-cu il, 16,0 ç.v.; Neft və qazma sənayesində idarəetmə uçotu və təhlilin problemləri, 2008-ci il, 17,3 ç.v.; İdarəetmə uçotunun təşkili prinsipləri, 2009-cu il, 18,0 ç.v. «Дивидендная политика: вопросы оптимизации» Актуальные вопросы финансовой политики и развития денежно-кредитной системы, 2018-ci il, və s. İngilis alimləri D.Aleksanderin, Anne Brittonun və başqalarının yazdıqları «Международные стандарты финансовой отчетности» adlı monoqrafiya tərəfindən tərcümə olunmuş və ən yüksək poliqrafik üslubda 2009-cu ildə dərc edilmişdir. Bu kitab Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının konseptual əsasları istiqamətində respublika miqyasında işıq üzü görən ən sanballı əsərdir.
İstehsalat təcrübəsinə rəhbərlik etmək üçün sahəüzrəən təcrübəli müəllimlə seçilir. İstehsalat təcrübəsi keçən tələbələrlə geniş izahat işi aparılır, istehsalat təcrübəsində səmərəli istifadə etmək yolları müəyyən olunur. Bundan başqa vaxtaşırı istehsalat təcrübəsi obyektlərində olan müəllimlər gündəlik öyrənilən təcrübə ilə bağlı gündəliyin tərtib olunmasında, hesabatların yazılmasında, sənədlərdən istifadə qaydalarını tələbələrə dərindən öyrədilməsində bilavasitə iştirak edirlər. Təcrübə rəhbərləri xüsusi qrafik üzrə işləyir və kafedrada həmin qrafikə riayət edilməsinə ciddi nəzarət aparılır. Bütün tələbələr istehsalat təcrübələrinin keçirilməsinə dair Əsasnamə ilə tanış edilirlər.
Kafedrada tələbələrin arzusu ilə istehsalat təcrübəsinin xarıcı dövlətlərin banklarında: Sankt Peterburq Xarici Ticarət Banki , Polotsk Kommersiya Bankinda keçirilməsinə şərait yaradilir.Tələbə Elmi Dərnəyinin fəaliyyəti hər zaman kafedra rəhbərliyinin diqqət mərkəzindədir. Tələbələrə mövzuların seçilməsində və elmi rəhbərlə daimi təmasin olmasina dəstək verilir.
“Maliyyə və audit” kafedrasınin əməkdaşlari öz fəaliyyətlərini daha da genişləndirmək uçun perspektiv planlar hazirlayirlar:
- Tədrisin keyfiyyətinin və şəffaflığının yüksəldilməsi üçün tələbə-müəllim münasibətlərinin müasir dövrün tələbləri səviyyəsində təşkil etmək;
- Əməkdaşların peşəkarlıq və elmi səviyyələrinin daim yüksəldilməsi istiqamətində işlər aparmaq ;
- Beynəlxalq indeksli jurnallarda məqalələrin dərc olunması;
- Beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki tədbirlərdə fəal iştirak etmək;
- Yeni dərsliklər və dərs vəsaitlərinin hazırlanması və tərcümə edilməsi;
Kafedranın əməkdaşları kafedra qarşısında qoyulmuş vəzifələrin vaxtında və tələb olunan standartlara uyğun yerinə yetirilməsi və elmi –pedoqoji fəaliyyətlərində bundan sonra da daha yüksək nəticələr əldə etmək məqsədilə səylə çalışacaqlar.Kafedranin professorlari xarici ölkələrin universitetlərində dövri olaraq muhazirə dərsləri apararaq azərbaycan iqtisad elmini dunya təhsil sisteminə təqdim edirlər.