Maliyyə və audit

Əvəz  Ələkbərov

Əvəz Ələkbərov

Kafedra müdiri

Kafedra haqqında

UNEC-in Elmi Şurasının 16 sentyabr 2022-ci il tarixli  qərarı ilə “Maliyyə və maliyyə institutlari” kafedrasi ilə “Muhasibat uçotu və audit  ” kafedrası  birləşdirilərək   “Maliyyə və audit” kafedrası yaradilmişdir.

Bir necə il öncə Universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə Azərbaycan Dövlət  İqtisad Universitetinin Elmi Şurasının 25.12.2015-ci il tarixli iclasının qərarına əsasən “Maliyyə”, “Bank işi”,  “Vergi və vergiqoyma” kafedraları 03.02.2016-cı il tarixdən ləğv edilmiş və həmin kafedraların bazasında  “Maliyyə və maliyyə institutları” kafedrası yaradılmışdır.

Kafedranın rəhbəri Azərbaycanın eks-maliyyə naziri, tanınmış ictimai-siyasi və dövlət xadimi və əməkdar müəllim olan iqtisad elmləri doktoru, professor Əvəz Əkbər oğlu Ələkbərovdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin  əsas ixtsas  “Maliyyə və  audit” kafedrası özündə böyük elmi potensialı cəmləndirir. Hal-hazırda kafedrada  iqtisad elmləri uzrə 10 elmlər doktoru, 29 elmlər namizədi, 8 baş müəllim və 4 müəllim çalışır.

Daha keyfiyyətli elmi kadr potensialının formalaşdırılması üçün kafedrada təhsilin doktorantura pilləsində əyani və qiyabi təhsil formasında iqtisad uzrə  7 elmlər doktoru, 43 fəlsəfə doktoru proqramları üzrə doktorant və dissertant fəaliyyət göstərir.

Kafedrada   5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi”  və 5303.01“Mühasibat uçotu və audit” ixtisasları fəlsəfə doktoru və  elmlər doktoru dissertasiyalarının aktual mövzular üzrə hazırlanmasına elmi rəhbərlik təmin  edilməklə onların vaxtında və keyfiyyətli müdafiə olunmasına yuksək  elmi şərait yaradılır. Son dövrlərdə müdafiə olunan dissertasiyalar, əsasən “Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı olan elmi mövzulara həsr edilmişdir.  Doktorant və dissertantlar vaxtlı-vaxtında illik attestasiyadan keçərək, kafedranın professor-müəllim heyətin qarşısında hesabat verirlər. Azərbaycan Respublikasi Prezidenti yaninda Ali Attestasiya Komisiyasinin əmri ilə kafedranin professorlari 5301.01 – “Daxili fiskal siyasət və dövlət maliyyəsi ” ixtisasi uzrə UNEC nəzdində yaradilmiş ixtisaslaşdirilmiş mudafiə şurasinin uzvləri təyin edilmişlər.

Kafedra eyni zamanda təhsilin magistratura səviyyəsində də  magistrantlara elmi mövzuların seçilməsində, onlara elmi rəhbərlik edilməsində öz xidmətlərini tam və dolğun şəkildə reallaşdırır.Azərbaycan Respublikasi  Elm və Təhsil Nazirinin əmri ilə ali təhsilin magistratura səviyyəsində  060403 “Maliyyə” ixtisası üzrə “Bank işi”, “Maliyyə menecmenti”, “Maliyyə bazarları”, “Vergi və vergiqoyma”, “Sığorta işinin təşkili”, “Maliyyə nəzarəti və audit”  ixtisaslaşmalarında  keçirilən   magistr dissertasiya işlərinin müdafiəsində  hər il kafedranin professor və dosentləri iştirak edirlər.

Kafedranın nəzdində fəaliyyət göstərən  «Maliyyə» laboratoriyası  kafedranin  elmi-nəzəri potensialının praktika  ilə əlaqələndirilməsi işini uğurla həyata keçirir.

«Maliyyə və audit» kafedrasında Azərbaycan Respublikasi Nazirlər Kabinetini 11 fevral 2019-cu il tarixli 45 sayli qərari ilə təsdiq edilmiş ali  təhsilin bakalavriat səviyyəsində 050406 Maliyyə və 050409 Muhasibat ixtisaslari uzrə iqtisad mutəxəssislər hazirlanir.

 

Professor-müəllim heyəti:

Nəvai Əliyev

Hafis Hacıyev

Əvəz Ələkbərov

Zahid Məmmədov

Azər Qarayev İslam oğlu

Предметы, преподаваемые на кафедрах

Korporativ maliyyə
Maliyyə bazarları
Davranış maliyyəsi
Maliyyə risklərinin idarəedilməsi
Dövlət maliyyəsi
Vergitutma
Maliyyə menecmenti
Bank işi
Opsiyonlar və fyuçerslər
Budcə sistemi
Sığorta
Büdcə və xəzinə uçotu
Maliyyə uçotu
İdarəetmə uçotu
Audit
Maliyyə təhlili
İdarəetmə təhlili
Vergi auditi
Maliyyə hesabatı
Xarici iqtisadi fəaliyyətin uçotu
Risk və nəzarət
Xərclərin idarə olunması

Professor-müəllim heyəti tərəfindən Müha­sibat  ix­ti­sa­sı üzrə hazırlanan tədris-metodik vəsaitlərin  böyuk əhəmiyyəti vardir. 2010-cu ildə hazırladığı və beynəlxalq qriflə dərc olunan «Beynəlxalq və milli uçot terminlərinin izahlı lüğəti» adlı kitabı, “Maliyyə hesabatı” dərsliyi (2018), «Mü­hasibat uçotunun nəzəriyyəsi» adlı dərsliyi (2009-cu il), «Mühasibat uçotu və audit» adlı dərsliyi (2008-ci il), “Audit” dərsliyi, “Audit” dərsliyi (2019),  “İdarəetmə təhlili” dərsliyi (2018), “Maliyyə hesabatının beynəlxalq standartları” fənninin tədris proqramı  adlı tədris-metodiki vəsaiti xüsusilə qeyd edilməlidir.Kafedra əməkdaşları tərəfindən son illərdə hazırlanılan monoq­rafiyalar aşağıdakı­lardır: Maliyyə hesabatı: formalaşması və təkmil­ləşdirilməsi problemləri, 2003-cü il, 16,0 ç.v.; Beynəlxalq və Milli uçot terminlərinin izahlı lüğəti, 2010-cu il, 16,0 ç.v.; Neft və qazma sənayesində idarəetmə uçotu və təhlilin problemləri, 2008-ci il, 17,3 ç.v.; İdarəetmə uçotunun təşkili prinsipləri, 2009-cu il, 18,0 ç.v. «Дивидендная политика: вопросы оптимизации» Актуальные вопросы финансовой политики и развития денежно-кредитной системы, 2018-ci il, və s. İngilis alimləri D.Aleksanderin, Anne Brit­tonun və başqalarının yazdıqları «Международные стан­дар­ты фина­н­­совой отчетности» adlı monoqrafiya tərəfindən tərcümə olunmuş və ən yüksək poliqrafik üslubda 2009-cu ildə dərc edilmişdir. Bu kitab Maliyyə Hesabatlarının Bey­nəl­xalq Standartlarının konseptual əsasları istiqamətində respublika miqyasında işıq üzü görən ən sanballı əsərdir.

İstehsalat təcrübəsinə rəhbərlik etmək üçün  sahəüzrəən təcrübəli müəllimlə seçilir. İstehsalat təcrübəsi keçən tələbələrlə geniş izahat işi aparılır, istehsalat təcrübəsində səmərəli istifadə etmək yolları müəyyən olunur. Bundan başqa vaxtaşırı istehsalat təcrübəsi obyektlərində olan müəllimlər gündəlik öyrənilən təcrübə ilə bağlı gündəliyin tərtib olunmasında, hesabatların yazılmasında, sənədlərdən istifadə qaydalarını tələbələrə dərindən öyrədilməsində bilavasitə iştirak edirlər. Təcrübə rəhbərləri xüsusi qrafik üzrə işləyir və kafedrada həmin qrafikə riayət edilməsinə ciddi nəzarət aparılır. Bütün tələbələr istehsalat təcrübələrinin keçirilməsinə dair Əsasnamə ilə tanış edilirlər.

Kafedrada tələbələrin arzusu ilə istehsalat təcrübəsinin xarıcı dövlətlərin banklarında:  Sankt Peterburq Xarici Ticarət Banki , Polotsk Kommersiya Bankinda  keçirilməsinə şərait yaradilir.Tələbə Elmi Dərnəyinin fəaliyyəti hər zaman kafedra rəhbərliyinin diqqət mərkəzindədir. Tələbələrə mövzuların seçilməsində və elmi rəhbərlə daimi təmasin olmasina  dəstək verilir.

“Maliyyə və audit” kafedrasınin əməkdaşlari  öz fəaliyyətlərini daha da genişləndirmək uçun perspektiv planlar hazirlayirlar:

  • Tədrisin keyfiyyətinin və şəffaflığının yüksəldilməsi üçün tələbə-müəllim münasibətlərinin müasir dövrün tələbləri səviyyəsində təşkil etmək;
  • Əməkdaşların peşəkarlıq və elmi səviyyələrinin daim yüksəldilməsi istiqamətində işlər aparmaq ;
  • Beynəlxalq indeksli jurnallarda məqalələrin dərc olunması;
  • Beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki tədbirlərdə fəal iştirak etmək;
  • Yeni dərsliklər və dərs vəsaitlərinin hazırlanması və tərcümə edilməsi;

Kafedranın əməkdaşları kafedra qarşısında qoyulmuş vəzifələrin vaxtında və tələb olunan standartlara uyğun yerinə yetirilməsi və elmi –pedoqoji fəaliyyətlərində bundan sonra da daha yüksək nəticələr əldə etmək məqsədilə səylə çalışacaqlar.Kafedranin professorlari xarici ölkələrin universitetlərində dövri olaraq  muhazirə dərsləri apararaq azərbaycan iqtisad elmini dunya təhsil sisteminə təqdim edirlər.

Контакты

Daxili telefon: 18-46 (1100)

Телефон

+(994) 12 492-40-04

Электронная почта

[email protected]

Другие кафедры