Maliyyə-İqtisad Kolleci

Davud  Davudov

Davud Davudov

Direktor

1934-cü ildə Xalq Təsərrüfatı Uçotu məktəbinin əsası qoyulmuşdur. 1934-1936-cı illərdə Bakı Xalq Təsərrüfatı Uçotu məktəbi, 1936-cı ildən Bakı Xalq Təsərrüfatı uçotu texnikumu adı ilə fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə müharibə dövrü ilə əlaqədar olaraq texnikumun fəaliyyəti müvəqqəti dayandırılmışdır. 1946-cı ildə Mərkəzi statistika idarəsi nəzdində Bakı statistika texnikumu adı ilə yenidən fəaliyyətə başlamışdır.

1966-cı ilin iyul ayından adı dəyişdirilərək Maliyyə-Kredit texnikumu, 1992-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetiniun 3 mart 1992-ci il tarixli 119 saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılmışdır. Respublikada orta ixtisaslı iqtisadçı kadrların hazırlanması ilə məşğul olan bu tədris müəssisəsi respublikada ilk kollecdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2015-ci il tarixli 280 saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılmışdır.

3 iyun 2024-cü il tarixindən UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə Davud Rasim oğlu Davudov direktor təyin edilib.

Kollecdə 3 şöbə (əyani təhsil) fəaliyyət göstərir:

  1. Mühasibat uçotu
  2. Maliyyə işi
  3. Bank işi

 

Kollecdə aşağıdakı fənn birləmə komissiyaları fəaliyyət göstərir:

  1. Mühasibat uçotu və iqtisadi təhlil
  2. Kredit və bank işi
  3. Maliyyə, vergi və gömrük işi
  4. Statistika və menecment
  5. Humanitar sosial-iqtisadi fənlər
  6. İqtisadiyyat fənləri
  7. Texniki və texnoloji fənlər
  8. Ümumtəhsil fənləri
  9. Dillər

 

Maddi texniki baza 

Əsas korpus
Ünvan: Y.Məmmədəliyev küçəsi, 8
Dörd mərtəbəli bina, ümumi sahəsi 2073.2 kv.m. (55 kabinet)

II korpus
Ünvan: A.Cəlilov küçəsi, 22
Dörd mərtəbəli bina, geniş həyətyanı sahəsi, ümumi sahəsi 1752 kv.m. (23 kabinet)

Kollecin əməkdaşları

Davud Davudov

Контакты

Ünvan: Y.Məmmədəliyev küçəsi, 8

Телефон

(+994 12) 493-17-83 ; 493-24-00

Электронная почта

Digər Kolleclər